Türkiyədə 4,1 bal gücündə zəlzələ olub.
QİA.AZ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Muğla əyalətinin Datça rayonunda, yerli vaxtla saat 19:00-da qeydə alınıb. Zəlzələnin episentri 18,9 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.