Türkiyədən Çinə ixrac malları aparan 2-ci qatar yola çıxıb

Dekabrın 20-də, axşam saatlarında Türkiyədən Çinə ixrac malları aparan 2-ci qatar qonşu ölkənin İstanbul şəhərindən yola çıxıb.

“QİA.AZ” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ixrac qatarı 42 vaqon/konteyner-dən ibarətdir və 1,4 min soyuducu daşıyır.

Xatırladaq ki, Türkiyədən Çinə hərəkət edən ilk ixracat qatarı Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlunun qatıldığı tədbirlə 4 dekabrda İstanbuldan yola salınmış, ümumilikdə 8 min 693 kilometr məsafə, iki qitə və iki dəniz və 5 ölkəni qət edib dekabrın 19-da Çinin Sian şəhərinə çatmışdı.

Oxşar Xəbərlər