Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko UEFA-ya məktubla müraciət edib.
“QİA.AZ“ın məlumatına görə, millət vəkili bu barədə özünün feysbuk səhifəsində yazıb.
Qonçarenko Rusiyadakı epidemioloji vəziyyətlə bağlı Avropa çempionatının qalan oyunlarının bu ölkədən alınmasını istəyib: “Bu, koronavirus pandemiyasının yeni dalğası ilə əlaqədardır. Vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinin azarkeşlərin və iştirakçıların həyatı üçün təhlükə yaratdığını nəzərə alaraq, UEFA-dan Sankt-Peterburqdakı matçların başqa ölkədə keçirilməsini xahiş etdim”.
Qeyd edək ki, “Sankt-Peterbuq Arena” E qrupunun III turunun İsveç – Polşa və 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi etməlidir. Pandemiyanın 3-cü dalğası ilə bağlı iyunun 17-dən Sankt-Peterburqda yeni qadağalar tətbiq edilməyə başlayıb.