Ukraynalı hərbi ekspert: “Azərbaycan torpaqlarını işğaldan azad edib”

İyl21,2021

“Azərbaycanlılar 30 ildir torpaqlarının azad olunmasını gözləyirdilər. Onlar torpaqlarının işğal olunduğunu bir saniyə belə unutmamışdılar”.

“QİA.AZ” xəbər verir ki, bu fikirləri Ukraynanın məşhur “Znay 24” onlayn kanalının efirində ukraynalı hərbi ekspert Yuri Koçevenko səsləndirib.

Onun sözlərinə görə, millətin bütün qüvvəsi, konsentrasiyası, diqqəti, səyləri və istəyi bu torpaqları geri qaytarmağa, onları azad etməyə yönəlmişdi: “Sonda buna müvəffəq oldular. Onlar torpaqları ordularının gücü ilə geri qaytarmağa hazır idilər. Azərbaycanlılar vaxt itirmədilər. Onların müharibə təcrübəsi bizim üçün çox vacibdir”.

Oxşar Xəbərlər