ÜST vaksinin paylanılmasında ədalət prinsipinin pozulmasına göz yummamalıdır – Mütəxəssis

COVID-19 pandemiyasına qarşı mübarizə prosesində COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərinin Azərbaycana indiyədək verilməməsi ədalət prinsipinin pozulması deməkdir.

Bunu mətbuata tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq təşəbbüsləri dəyərləndirib və onların reallaşmasında aktiv iştirak edib. Qlobal bəla olan koronavirus pandemiyasına qarşı mübarizədə nümunəvi davranış sərgiləyən ölkəmizin koronavirusla mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar ianə etməsi, eyni zamanda Qoşulmama Hərəkatına üzv olan 30-dan artıq dövlətə pandemiya ilə mübarizədə dəstək nümayiş etdirməsi məhz bunun sübutlarından biridir:

“COVAX platforması dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizmdir. Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olub. Lakin Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib.

Y.Abdiyeva bildirib ki, COVAX təşəbbüsü çərçivəsində Azərbaycanın müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl olunmayıb, ölkəmiz indiyədək vaksin əldə edə biməyib.

Bunu ədalətin pozulması və ölkəmizə qarşı ikili standartların tətbiqi kimi dəyərləndirən mütəxəssis Azərbaycana qarşı atılan bu addıma təəssüfləndiyini söyləyib:

“Azərbaycana qarşı bugünkü reallıqlar bizdə ancaq təəssüf doğurur. Bu məsələdə ÜST-ün də üzərinə məsuliyyət düşür. O, vaksinin hər bir dövlət üçün əlçatan olmasını təmin etməli, vaksinin paylanılmasında ədalət prinsipinin pozulmasna göz yummamalıdır”.

Trend.az

Oxşar Xəbərlər