Üzgüçümüz Avropa çempionu olub

May17,2021 #Avropa çempionu

Azərbaycan para-üzgüçüsü Raman Saleh Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa çempionatının qızıl medal qazanıb.

“QİA.az”ın məlumatına görə, idmançı 100 metr məsafəyə arxası üstə üzmə növündə 1 dəqiqə 1,57 saniyə nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Oxşar Xəbərlər