“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi nəşr edilib

May17,2021

DİM orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il 2-ci nömrəsini nəşr edib.

Bu barədə “QİA.az”a Mərkəzdən məlumat verilib.

Jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər üçün qəbul proqramları çap olunub. Jurnalda Təsviri sənət, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanları haqqında geniş məlumat da verilib.

Beləliklə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda:

– qəbul proqramları;

– müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);

– Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları üzrə imtahanların siyahısı;

– qiymətləndirmə meyarları (yekun qiymətin hesablanması qaydası);

– imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər;

– tapşırıq nümunələri;

– Bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;

– abituriyentləri ən çox maraqlandıran suallara cavablar;

– XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat verilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.azsaytından sifariş etmək olar:

Bakı şəhəri:

– Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M (DİM-in binası);

– Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 (DİM-in binası).

Xatırladırıq ki, ali təhsil müəssisələrinin XQTİ-nə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqında ətraflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib.

Oxşar Xəbərlər