Vətən müharibəsi şəhidinin ailəsi Ombudsmanın adından təbrik edilib

May21,2021

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı şəhid olmuş və yaralanmış hərbi qulluqçularımıza, onların ailələrinə qayğı və diqqətini əsirgəmir, bu məsələyə xüsusi həssaslıqla yanaşır.


Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan olan baş leytenant İlqar Zeynalovun bu günlərdə üçüncü övladı dünyaya göz açıb.
Aparatdan “QİA.az”a verilən məlumata görə, Bu münasibətlə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları, Cəlilabad və Biləsuvar rayonlarının gənclər və idman idarələri, YAŞAT Fondu və ictimaiyyət nümayəndələri şəhidin xatirəsinə ehtiram nümayiş etdirmək və onun ailəsinə dəstək göstərmək məqsədilə şəhidin övladının doğulduğu Biləsuvar rayon Mərkəzi Xəstəxanasında olublar. Görüş zamanı Regional Mərkəzin əməkdaşları şəhidimizin üçüncü övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərini təbrik edərək, Ombudsmanın adından onlara gözaydınlığı veriblər.

Oxşar Xəbərlər