“YAŞAT” xeyriyyə marafonu Pakistan mediasında

May21,2021 #Yaşat fondu

Pakistanın “National Herald Tribune” qəzetində “YAŞAT” xeyriyyə marafonuna həsr olunmuş “YAŞAT Fondunun qısa prelüdiyası” sərlövhəli məqalə dərc edilib.

Bu barədə “QİA.az”a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
İslamadda fəaliyyət göstərən Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəmin qələmə aldığı məqalədə Diasporla İş üzrə Dövlət Komitəsinin və II Qarabağ müharibəsindən sonra yaradılmış “YAŞAT” Fondunun fəaliyyətindən ətraflı bəhs edilib.
Azərbaycan dövlətinin diaspor siyasətinə, onun inkişaf dinamikasına, beynəlxalq platformalarda roluna, Azərbaycan Diasporuna Dəstək Fondu ilə “YAŞAT” Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonuna diqqəti cəlb edilib. Əsas məqsədin müharibə nəticəsində sağlamlıqlarını itirmiş hərbçilərə, eləcə də şəhid və qazi ailələrinə dəstəyin göstərilməsi olduğu vurğulanıb.

Oxşar Xəbərlər