“WhatsApp”dan daha bir yenilik

Apr6,2021 #whatsapp
whatsapp

WhatsApp mesenceri iOS və Android əməliyyat sistemləri ilə çalışan telefonlar arasında çat tarixini köçürmək imkanı yaradan funksiyanı sınaqdan keçirir.

“QİA.az” “WA BetaInfo”ya istinadən xəbər verir ki, yeni funksiya qarşılıqlı söhbətlərin, ismarıclar tarixinin, gələn faylların, qrup abunələrinin köçürülməsini təmin edəcək. Hazırda isə bunu yalnız kənardan proqram yükləməklə etmək mümkündür. Bunun səbəbi ehtiyat nüsxəsinin iOS ilə işləyən telefonlarda iCloud servisində, Android ilə işləyən telefonlarda isə Google Disc-lərdə saxlanılmasıdır.

QİA.az

Oxşar Xəbərlər