Xarkov şəhərində Nizami Gəncəvinin heykəlinin açılışı olacaq

Avq20,2021

2021-ci il prezident İlham Əliyev tərəfindən Nizami ili elan olunub. Ölkəmizdə və digər ölkələrdə bu istiqamətdə bir sıra tədbirlər keçirilib.


Bu səbəbdən Xarkov şəhərində görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkın və abidənin açılışı olacaq.
Abidə və park Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsolloğunun təşkilatçılığı ilə açılışa hazırlanır.


Ukraynanın Xarkov şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulu Əfqan Salmanov “QİA.AZ”a verdiyi açıqlamasında bildirib ki, açılış Azərbaycan Respublikasının adına laiq təntənəli şəkildə keçiriləcək. Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması baxımından bu parkın salınması və abidənin qoyulması mühim əhəmiyyət daşıyır.


Açılış bu ilin sentyabrın ortalarına planlaşdırılır.Şairin adını daşıyacaq park və abidə şəhərin mərkəzində yerləşəcək.
Heykəlin müəllifi Ukraynanın xalq rəssamı Katib Məmmədovdur.
Açılış tədbirində Ukraynanın tanınmış simaları, ictimai-siyasi xadimlər, deputatlar, merlər, qubernator və çoxlu sayda qonaqlar iştirak edəcək.


Hal hazırda parkda abadlıq işləri gedir. İşıqlar, oturacaqlar, quraşdırılır.

Oxşar Xəbərlər