Xırdalanda partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb

Yan25,2021

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib.

QİA.AZ FHN-ə istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Oxşar Xəbərlər