Yaddaşı möhkəmləndirən salat

Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri də normal qidalanmaqdır.

“QİA.az” Türkiyə mətbuatına istinadən beyin fəaliyyətini gücləndirməyə, yaddaşı yaxşılaşdırmağa kömək edən omeqa-3 yağ turşusu və vitaminlərlə zəngin olan salatı təqdim edir.

Tərkibi:

1/2 kiçik ölçülü kələm

2 ədəd iri kök

4 xörək qaşığı qarğıdalı konservi

10 ədəd yaşıl zeytun

2 xörək qaşığı qoz yağı

Limon suyu

Duz

Hazırlanması:

Kələmi nazik-nazik doğrayıb, kökü rəndənin iri gözündən keçirin. Zeytunları nazik halqa şəklində doğradıqdan sonra hamısını eyni qaba yığıb, qarğıdalı konservi, qoz yağı, limon suyu və duz əlavə edib yaxşıca qarışdırın.

Bizi Facebook-da izləyin.

Oxşar Xəbərlər