Yaponiya hökuməti ərazilərində koronavirusun yeni ştammı aşkar edilən ölkələrin biznes nümayəndə heyətlərinin ölkəyə girişini dayandıracaq.“QİA.AZ”
TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Yosihide Suqa Tokioda keçirdiyi mətbuat konfransında bildirib.O qeyd edib ki, tərəfdaş ölkənin ərazisində yeni ştamm aşkar edilərsə, biznes fərdlərinin əlaqəsi dərhal kəsiləcək.Xatırladaq ki, Böyük Britaniyada yeni COVID-19 ştammının aşkar olunması ilə əlaqədar 2020-ci il dekbarın 28-də Yaponiyada dünyanın bütün ölkələri və regionlarının vətəndaşları üçün giriş və yeni vizaların verilməsinə qoyulmuş faktiki qadağa qüvvəyə minib. Bu cür tədbirlər ən azı gələn ilin yanvar ayının sonunadək qüvvədə olacaq. Bu müddətdə ölkəyə yalnız burada daimi yaşayan və uzunmüddətli vizaları olan Yaponiya vətəndaşları və əcnəbilər daxil ola biləcəklər.