Yasamalda yolu keçən azyaşlını avtomobil vurub

İyn20,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Muradxanlı Zülfüqar İsmixan oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər