Zərdabda avtomobil velosipedçini vurub

İyn20,2021

Zərdab rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Zərdab rayonunda qeydə alınıb.

Velosipedlə hərəkətdə olan 1976-ci il təvəllüdlü Bayramov Araz Bayram oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər