İrəvanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda Ermənistan parlamentinin qarşısında növbəti etiraz aksiyası başlayıb.

QİA.AZ-ın məlumatına görə, Baqramyan prospektinə 3 minədək şəxs toplaşıb.

Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Parlament ətrafına polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən gün etiraz aksiyası zamanı iğtiaşlar yaşanıb. Etirazçılar gecəni çadırlarda keçirib.

Oxşar Xəbərlər