Yevlax-Bərdə yolunda ağır qəza, iki nəfər ölüb

Fev28,2021

Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.

“QİA.AZ”ın məlumatına görə, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Jeep” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb.

Müxtəlif bədən xəsarətləri alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər