Zaqatalada mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var

Zaqatala rayonunda ağır yol qəzası baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobus qəzaya düşüb. Nəticədə bir nəfər ölüb, bir neçə şəxs isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər