Ərdoğan: “Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzalayıb”

“İşğal altındakı ərazilərin və Dağlıq Qarabağın bütövlükdə işğal altından azad olunması münasibətilə qardaşım İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm”.

“QİA.AZ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əldə olunan razılaşmaya görə, Qarabağın qalan qismi də Azərbaycana təhvil veriləcək. Razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam və Qazax rayonlarını 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək. Türkiyə razılaşmanın tətbiq edilməsini müşahidə və nəzarət etmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq”, – Türkiyə prezidenti qeyd edib.

Oxşar Xəbərlər