Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.
QİA.AZ-ın məlumatına görə, qurultayda Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.
Partiya sədrliyinə yeganə namizəd olan R.T.Ərdoğana 1428 qurultay nümayəndəsi səs verib.
Partiyanın İdarə Heyətinin 75 nəfərlik yeni tərkibi də təsdiqlənib.