XİN başçısı: “Minsk qrupunun artıq faydalı olmadığını deməzdim”

XİN başçısı: “Minsk qrupunun artıq faydalı olmadığını deməzdim”

“ATƏT-in Minsk qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.

“Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaqdır”, – nazir bildirib.

Oxşar Xəbərlər