Zəfər paradında “Dəmir yumruq” əməliyyatının qaziləri keçid edib

Dek10,2020
Zəfər paradında “Dəmir yumruq" əməliyyatının qaziləri keçid edib

Torpaqlarımızın işğaldan azad olunmasında, Vətən müharibəsində düşmən üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olan qazilərimiz Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak edib.

“QİA.AZ” xəbər verir ki, “Dəmir yumruq” əməliyyatının qaziləri Silahlı Qüvvələrimizə məxsus hərbi avtomobillərin üzərində əyləşərək tribuna önündən keçid ediblər.

Zəfər paradında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Oxşar Xəbərlər