Argentinanın Jijuy vilayətində 6,1 maqnituda gücündə zəlzələ baş verib.
“QİA.AZ”ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin ocağı San Antonio de los Kobres şəhərindən 44 kilometr məsafədə, 185 kilometr dərinlikdə yerləşir.
Ölən və dağıntılar barədə məlumat verilmir.