Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi

Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır.“QİA.AZ” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.”Rusiya sülhməramlılarının müşahidə postlarında fasiləsiz olaraq atəşin dayandırılması rejiminə riayət edilməsi üçün vəziyyətə nəzarət və monitorinq aparılır. Atəşin dayandırılması rejiminə bütün təmas xətti boyu riayət olunur”, – xəbərdə deyilir.Qeyd edilir ki, Rusiya hərbçiləri vətəndaşların Dağlıq Qarabağa təhlükəsiz qayıdışını təmin edir, humanitar yardım göstərir, mülki infrastruktur obyektləri bərpa edirlər.Sülhməramlılar təlimlər zamanı mühafizə və müşahidə postlarının müdafiəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.”Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin müşahidə postları hərbi qulluqçuların atıcı silahlardan və qəlpələrdən müdafiəsi, həmçinin yaxınlıqdakı ərazilərin tam müşahidəsi üçün nəzərdə tutulmuş blokpost istehkam tikintiləri ilə təchiz edilib”, – deyə məlumatda bildirilir

Oxşar Xəbərlər