Ermənistanda son sutkada 143nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 231-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5nəfər artaraq 3 089-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 772 nəfərdir. İndiyədək 158 335pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 5 035 aktiv koronavirus xəstəsi var.