Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Ermənistan ordusunun Bərdə şəhərinə hücumunu pisləyib.
QIA.AZ xəbər verir ki, bugünkü faciəli hadisələri şərh edən diplomat deyib:
“Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması və nəticədə dinc sakinlərin həlak olması barədə xəbəri böyük narahatlıq və kədər hissi ilə qarşıladım. Bu cür addımlar beynəlxalq humanitar hüququnu və mövcud olan atəşkəs razılaşmaları kobud şəkildə pozmaq deməkdir”.