“Müharibənin 5-ci günündə artıq 1 500 əsgər fərrarilik edib qaçmışdı”.
“QİA.AZ” xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.
“Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, – general-polkovnik əlavə edib.
Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib.