“Euronews” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən repotaj hazırlayıb.QİA.AZ xəbər verir ki, reportaj “Azərbaycanın kabus şəhəri dağıntılar altında” adı ilə yayımlanıb.Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.“Füzuli Ermənistanın uzunmüddətli barbar işğalı nəticəsində xarabalığa çevrilib”, – deyə Hikmət Hacıyev müsahibəsində bildirib.