Fuad Nağıyev quru sərhədlərinin açılmasından danışdı

Dek7,2021

Quru sərhədlərin bağlı olması turizmə təsir edir, lakin sərhədlərin tamamilə açılmasında da risklər var.

QİA.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil:

“Azərbaycan 60-dan çox ölkə ilə sərhədləri açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışa məhdudiyyətlər tətbiq olunur”, – deyə sədr qeyd edib.

F.Nağıyevin sözlərinə görə, mövcud səbəblərdən dolayı dövlət hansı risklərin ola biləcəyini hesablayır.

“Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq və yoluxan və ölüm faktı çoxalacaqsa, bu dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur”, – deyə o bildirib.

Agentlik sədri qeyd edib ki, dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl aparılmalıdır.

Oxşar Xəbərlər