Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin olunub.
QİA.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək.
“Hazırda rayon ərazisində müvafiq işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər. Həmçinin də işğaldan azad edilən ərazilərimizdə təyin edilən polis əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti komendant rejimində fəaliyyətini davam etdirir”, – DİN sözçüsü bildirib.