ANAMA: Azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir

“Düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəli ərazilərdir”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, insanların öz ata-baba yurdlarına qayıtması ilkin mərhələdə olacaq:

“İkinci mərhələdə isə əkin yerləri təmizlənəcək, Daha sonra isə uzaq yerlər minalardan təmizlənəcək. 3-5 il ərzində insanların öz ata-baba yurdlarına qayıtması nəzərdə tutulur”.

Oxşar Xəbərlər