İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 11-də 84,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 83,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

Əlaqəli xəbər

Back to top button