“Mən Azərbaycan tərəfindən heç bir dini obyektlərin, kilsələrin dağıdılması hallarına rast gəlməmişəm”.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç deyib.
O hesab edir ki, Şuşa və digər yerlərdəki müqəddəs yerlər döyüş yerlərinə çevrilməməlidir:
“Həmin yerlərdə imanlı insanlar olurlar və öz Allahlarına dua edirlər. Müqəddəs yerlər müqəddəs olaraq da saxlanılmalıdır. Həmin yerlərin pis vəziyyətə gətirməsinə çox pis baxıram”.