Azərbaycanla oyun öncəsi Monteneqro millisində koronavirus aşkarlandı

Noy13,2020
Azərbaycanla oyun öncəsi Monteneqro millisində koronavirus aşkarlandı

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığması növbəti problemlə üzləşib.

“QİA.AZ” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, millinin futbolçularından birində koronavirus aşkarlanıb.

Adı açıqlanmayan oyunçu dərhal karantinə alınıb və o, komandasının qarşıdakı matçlarını buraxmalı olacaq.

Daha əvvəl müdafiəçilər Marko Simiç və Momçilo Raspopoviçin cəza səbəbindən Azərbaycana qarşı oynamayacağı bildirilib.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Monteneqro yığması qrupun son oyununda 3 gün sonra Kipri qəbul edəcək.

Oxşar Xəbərlər