Baş Prokurorluqdan Ohanyanla bağlı açıqlama

Noy23,2020

Azərbaycan Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyanın axtarışa verilməsi xəbərinə münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən “QİA.AZ”ın sorğusuna cavab olaraq bildirilib ki, həmin cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Qeyd edək ki, Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar Xəbərlər