Baydenin dövründə varlı amerikalıların sərvəti 195 milyard dollar artıb

ABŞ dövlət başçısı Co Baydenin prezidentlik dövrünün ilk 100 günündə Amerikanın 100 ən varlı adamının varidatı 195 milyard ABŞ dolları artıb.

“QİA.az”ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

ABŞ-ın 100 ən varlısının sərvəti 20 yanvardan 30 aprelə qədər 195 milyard ABŞ dolları artaraq 2,9 trilyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, ABŞ-ın ən aşağı gəlirli vətəndaşlarının yarısının ümumi sərvəti cəmi 2,5 trilyon ABŞ dollarıdır.

Oxşar Xəbərlər