Bu gün Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə bir qrup rayon sakini Şəhidlər xiyabanını ziyarət edib.
“QİA.AZ”ın məlumatına görə, onlar şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Bildirilib ki, bu gün ölkə tarixinə yazılacaq gündür. Sakinlər qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Onlar Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdar olduqlarını söyləyiblər.