Bolqarıstanda erkən parlament seçkilərində səsvermə sona çatıb.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi bağlanıb və seçki komissiyaları səsləri saymağa başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, saat 16: 00-a qədər seçici fəallığı 27,20% -ə çatıb, səsvermədə 1,8 milyon nəfərə yaxın insan iştirak edib. Bu da 4 aprel seçkilərindən xeyli azdır.
Seçkilərdə ciddi qanun pozuntuları olmayıb, lakin MSK qanun pozuntusu ilə gün ərzində səhifələrində exit poll məlumatları dərc edən bir neçə internet nəşrini cərimələməyə qərar verib.

