“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.
Bunu “QİA.AZ”a Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, artıq Cəbrayıl və Qubadlı rayon polis şöbələri işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı şəhərinin mərkəzinə yerləşdirilib: “Həmin rayonların polis şöbələrinin rəisləri isə hərbi komendantlar təyin edilib”.