Çavuşoğlu və Lavrov da Dağlıq Qarabağla bağlı fikir mübadiləsi apardılar

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.

“QİA.AZ”ın məlumatına görə, bu barədə TASS Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, XİN başçıları Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

“Nazirimiz Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefonla danışıb. Dağlıq Qarabağ mövzusu müzakirə edilib”, – mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında da telefon danışığı olub. Dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Oxşar Xəbərlər