Daşkəsəndə qonşular arasında mübahisə olub, xəsarət alan var

Daşkəsən rayonunda 2 qonşu arasında mübahisə yaşanıb, xəsarət alan var.

“QİA.az”ın məlumatına görə, hadisə rayonun Çanaqçı kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Səadət Qasımova ilə qonşusu olan yaşlı qadınla şəxsi münasibətlər zəminində mübahisə yaşanıb.

Bu zaman S.Qasımova daşla qonşusunun evinin pəncərələrini sındırıb.

Onun hadisə yerinə gələn yaşlı qadının oğlu, Tahir Qurbanovla da mübahisəsi yarandığı bildirilir.

S.Qasımova xəsarət alaraq xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər