Erməni vəhşiliyi xarici mediada geniş işıqlandırılıb

Dek18,2020

Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycanda olan xarici jurnalistlər çalışdıqları media qurumlarında maraqlı materiallarla çıxış ediblər.

“QİA.AZ” xəbər verir ki, İspaniya, Yaponiya, İsveçrə, İtaliya, Polşa, Almaniya, Amerika kimi böyük dövlətlərin aparıcı media qurumlarında, elektron informasiya portallarında yer alan həmin reportajlarda müharibə meydanından yüzlərlə kilometr kənarda yaşayan azərbaycanlı mülki əhalinin ermənilər tərəfindən bombalanması faktları işıqlandırılıb, işğaldan azad olunmuş yaşayış yerlərinin ermənilər tərəfindən necə dağıdıldığı göstərilib.

Dünyanın aparıcı mətbuat orqanları – “La Vanguardia” və “EFE” nəşrləri, “CNN İspaniya” telekanalı, “Economist.com” və “Alianzanews.com” xəbər saytları, “Kyodo” informasiya agentliyi 30 ildir öz torpaqlarına qayıda bilməyən ağdamlı məcburi köçkünlərin yaşadıqları əzab-əziyyət haqqında oxucularını məlumatlandırıb.

Oxşar Xəbərlər