Ermənilər Putindən müharibədəki itkinlərinin tapılması üçün kömək istədilər

Yan6,2021

Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri ölkənin baş naziri Nikol Paşinyanla görüşdən narazı qaldıqlarından Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.Bu bar

ədə QİA.AZ Ermənistan mətbuatına istinadən xəbər verir.Yerli mətbuatın yaydığı məlumata görə, itkin hərbçilərin valideynləri Rusiya prezidentindən bu məsələdə kömək istəyiblər. Qeyd edilir ki, dəfələrlə Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçirən valideynləri bir neçə dəfə Nikol Paşinyan özü qəbul edib. Lakin baş nazirin qeyri-müəyyən cavabı onları qane etməyib. “Valideynlər məktub yazaraq, övladlarının tapılması xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər”, – deyə xəbərdə vurğulanır.Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla iki ölkə arasındakı əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edərkən qarşı tərəfdən bu məsələdə kömək istəyib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.

Oxşar Xəbərlər