Ermənilər Tərtərə 45-ə yaxın top mərmisi atıb

Noy4,2020
Ermənilər Tərtərə 45-ə yaxın top mərmisi atıb

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.

QİA.AZ xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Dinc sakinləri hədəfə alan düşmən rayonun Hüsənli və Qazyan kəndlərinə ümumilikdə 45-ə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Oxşar Xəbərlər