Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı

Yan11,2021
Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə daha bir erməni vandalizminin üstü açılıb.

“QİA.AZ” xəbər verir ki, bu dəfə onların işğaldan azad olunmuş Cəbrayıl rayonunda qəbirləri dağıtdıqları məlum olub.

Tanınmış jurnalist, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev “Report”a açıqlamasında qeyd edib ki, Cəbrayılın Nüzgar kəndində doğmalarının məzarları dağıdılıb: “Erməni vəhşiliyi nəticəsində əmim, babam və digər doğmalarımın qəbirləri dağıdılıb. Əmim Mehdiyev Salman Ağamalı oğlunun və Babam Mehdiyev Ağamalı Rüstəm oğlunun dağıdılmış məzarlarının görüntüləri məndədir. Həmin məzarlıqda yüzlərlə belə dağıdılmış qəbir var”.

Xatırladaq ki, Nüzgar kəndi 44 günlük Vətən müharibəsinin ilk günü – sentyabrn 27-də işğaldan azad edilib.

Oxşar Xəbərlər