Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Qarabağ müharibəsində itkin düşən hərbi qulluqçuların qohumları ilə görüşüb.

Dek17,2020
Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Qarabağ müharibəsində itkin düşən hərbi qulluqçuların qohumları ilə görüşüb.

Bu barədə “QİA.AZ” “Aysor.am”a istinadən xəbər verir.

Müdafiə idarəsinin başçısı onların narahat olduqları məsələlərə dair fikirlərini, təklifləri dinləyib, Azərbaycan ərazilərində itkin düşən hərçilərin, əsirlərin axtarışı ilə bağlı məsələləri izah edib.

Vaqarşak Arutunyan itkin hərbi qulluqçuların axtarışlarının davam etdiyini, qaldırılmış məsələlərin Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları rəhbərliyindən olan müttəfiqlərlə daim müzakirə olunduğunu iddia edib.

Müdafiə naziri DNT araşdırmaları ilə bağlı problemlərə toxunub. O, bildirib ki, bu istiqamətdə keçirilən işlərin həcmi artıb.

Qeyd edək ki, daha əvvəl itkin düşən erməni hərbi qulluqçuların qohumları iki dəfə baş nazir Nikol Paşinyanla görüşüblər. Hərbçilərin yaxınları Paşinyanla görüşlərdən narazı qalıblar. Onlar Yerevanda etiraz aksiyaları keçirəcəklərini bildirmişdilər.

Oxşar Xəbərlər