“Euronews” işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb

“Euronews” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb.”QİA.AZ” AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda Azərbaycan əsgərləri tərəfindən Füzuli şəhəri azad ediləndən sonra Azərbaycan bayrağını ucaltmaq üçün bircə salamat bina tapmaq mümkün olmadığı qeyd edilir. Buna görə də bayrağı dağıdılmış mədəniyyət evinin fasadı üzərində ucaltmalı olublar.Reportajda bildirilir ki, işğaldan əvvəl sıx məskunlaşmış və günbəgün firavanlasan Füzuli şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və qarət edilib. İndi bu ərazi apokaliptik film üçün dekorasiyaya oxşayır.Vurğulanır ki, şəhərdə yalnız azərbaycanlı hərbi qulluqçuların müşayiəti ilə və əsas yollarla hərəkət etmək mümkündür. Əsgərlərin sözlərinə görə, hər yer minalanıb. Buna görə də 30 il bundan əvvəl Füzulidə yaşamış insanlar indi yalnız öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilərlər.Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”un müxbirinə bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır. İşğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerlə-yeksan ediblər. Hikmət Hacıyev deyib ki, Azərbaycan ermənilərin dağıtdığı şəhəri bərpa edəcək, Füzuliyə həyat qayıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.Füzulidən olan məcburi köçkün Arzu Şəfiyeva qeyd edib ki, təqribən 30 il bundan əvvəl onun ailəsi buradan qaçmağa məcbur olanda evləri tamam başqa görkəmdə idi. O deyib: “Biz heç nə götürə bilmədik, hər şeyi qoyub getdik. Evimizin qapısını bağlamışdıq, düşünürdük ki, oraya qayıdacağıq. İnanıram ki, buraya qayıdacağıq, təzə ev tikəcəyik, onun şəklini çəkəcəyik və indiki vəziyyətlə onun fərqini göstərəcəyik”.Reportajın sonunda vurğulanır ki, bu şəhəri özlərinin evi adlandıran 10 minlərlə insan Füzuliyə qayıtmağı və onu bərpa etməyi səbirsizliklə gözləyir.

Oxşar Xəbərlər