FHN cəbhəyanı ərazilərin sakinlərini maarifləndirir

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir.

Fövqəladə Hallar Nazirliyindən “QİA.AZ”a bildirilib ki, təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilir.

FHN də həmin tədbirlər çərçivəsində dinc sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi üçün çap materialları (maarifləndirici vərəq və plakatlar, bröşürlər, istiqamətverici plakatlar) dərc edib.

Müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılır və müvafiq maarifləndirmə işləri aparılır.

Oxşar Xəbərlər