“İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi də müvafiq addımlar atılır”.
“QİA.AZ” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ Regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.
O qeyd edib ki, həmin ərazilərdə ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə müvafiq addınlar atılır:
“Ədliyyə nazirinin əmri ilə 12 noyabrda Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Artıq həmin ərazilərdə həm məhkəmə, həm də müvafiq ədliyyə strukturlarının fəaliyyətinin təmin edilməsi üçün müvafiq addımlar atılır”.